14 C
Baku
Saturday, November 23, 2024

“OBA Market” saxlama müddəti ötmüş məhsullar satdığına görə məhkəməyə verilib

“OBA Market” MMC məhkəməyə verilib.

Banker.az xəbər verir ki, buna səbəb Ticarət Qaydalari Əleyhinə Olan İnzibati Xətalardır.

Belə ki, “OBA Market” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə protokol tərtib olunub.

İş hakim Ənnağı Məmmədlinin icraatına verilib, işə Salyan Rayon Məhkəməsində baxılacaq.

Həmin maddəyə əsasən, saxlama müddəti ötmüş məhsulların satılmasına görə hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC yeni market konsepsiyası ilə 11 mart 2016-cı il tarixindən Azərbaycanda pərakəndə satış bazarına daxil olub.

Son xəbərlər
Digər xəbərlər