5 C
Baku
Saturday, December 14, 2024

Robert Kiyosaki 2025-ci ilədək bitkoinin 500 min dollara yüksələcəyini proqnozlaşdırıb

“Varlı ata, kasıb ata” bestseller kitabının müəllifi Robert Kiyosaki 2025-ci ilə qədər bitkoinin qiymətinin 500 min dollara yüksələcəyini proqnozlaşdırıb. Sahibkarın sözlərinə görə, tezliklə ABŞ dollarına inam azalacaq, qızıl, gümüş və bitkoin isə kəskin bahalaşacaq.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Qarşıdan böyük bir çöküş gəlir. Depressiya mümkündür. FED milyardlarla saxla pul çap etməyə məcbur olub. 2025-ci ilə qədər qızıl 5 min dollara, gümüş 500 dollara, bitkoin isə 500 min dollara yüksələcək. Niyə? Çünki ABŞ dollarına, saxta pula inam azalacaq. Qızıl və gümüş tanrıların puludur, bitkoin isə insanlar üçündür”, – Kiyosaki deyir.

Son bir neçə il ərzində Kiyosaki dəfələrlə maliyyə bazarlarının çökmək təhlükəsi ilə üz-üzə qaldığını iddia edib və qiymətli metalların və bitkoinin vəsaitlərə qənaət edilə bilən yeganə aktiv olduğunu bəyan edib. 2021-ci ildə Kiyosaki iki dəfə investorları tarixin ən böyük çöküşü barədə xəbərdar edib və onları daha çox bitkoin, qızıl və gümüş almağa çağırıb.

Yanvarın 31-dən fevralın 1-dək davam edən iki günlük iclasın nəticəsi olaraq FED faiz dərəcələrini 25 bənd artıraraq illik 4.5%-dən 4.75%-ə yüksəldib. FED-in faiz qərarından sonra fevralın 1-dən 2-nə keçən gecə bitkoinin məzənnəsi 24.19 min dollara yüksəlib ki, bu da 2022-ci il avqustun 15-dən bu yana maksimum olub.

Son xəbərlər
Digər xəbərlər