Avropa İttifaqı (Aİ) Rusiyanı vergi yurisdiksiyalarının “boz siyahısı”na – beynəlxalq vergi standartlarına tam əməl etməyən ölkələr sırasına daxil edib. Siyahıya həmçinin Böyük Britaniyanın Virgin adaları, Marşal adaları və Kosta-Rika daxildir. Ümumilikdə siyahıda 16 ölkə var, onların əksəriyyəti ofşordur.
Aİ Şurasının bəyanatına görə, o, “bu yurisdiksiyaların vergi məsələlərində əməkdaşlıq etməməsindən təəssüflənir və müəyyən edilmiş problemləri həll etmək üçün qanunvericilik bazalarını təkmilləşdirməyə dəvət edir”. Şuranın fikrincə, Rusiya beynəlxalq holdinq şirkətləri üçün xüsusi rejimin zərərli tərəflərini aradan qaldırmaq öhdəliyini yerinə yetirməyib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
İsveç Maliyyə Nazirliyinin rəhbəri Elizabet Svantesson bütün bu ölkələri hüquqi bazalarını təkmilləşdirməyə və vergi sahəsində beynəlxalq standartlara uyğunlaşmaq üçün işləməyə çağırıb. Eyni zamanda, Şimali Makedoniya, Barbados, Yamayka və Uruqvay vergi yurisdiksiyalarının “boz siyahısı”ndan çıxarılıb, çünki onlar öz öhdəliklərini uğurla yerinə yetiriblər”, – nazir əlavə edib.
Hazırda “vergi sığınacağı” ölkələrin siyahısına aşağıdakılar daxildir:
Samoa, Baham adaları, Britaniyanın Virgin adaları, Kosta-Rika, Fici, Quam, Marşal adaları, Palau, Panama, Rusiya, Samoa, Trinidad və Tobaqo, Vanuatu, ABŞ-ın Virgin adaları.
Siyahıda qeyd olunan ölkələrlə əməliyyatlar xüsusi monitorinqdən keçəcək. Rusiya hökuməti bu qərarın mümkün mənfi nəticələrini müzakirə edəcək.