14 C
Baku
Saturday, November 23, 2024

Türkiyədə zəlzələ zamanı binaların dağılmasının səbəbi açıqlanıb

Zəlzələlər nəticəsində dağılan binaların əksəriyyəti 1999-cu ildən əvvəl, Türkiyə hakimiyyəti zəlzələ təhlükəsi olan ərazilərdə tikinti qaydalarını sərtləşdirmədiyi bir vaxtda tikilib. Ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib ki, evlər torpağın mayeləşməsi və mühəndislik xidmətinin olmaması ilə bağlı problemlər səbəbindən uçub.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

“Dağılan binaların 98%-i 1999-cu ildən əvvəl tikilib. Binaların əksəriyyəti qruntun mayeləşməsi və mühəndislik xidmətinin olmaması səbəbindən dağılıb”, – deyə nazir söyləyib.

Kurum ağıl zədələnmiş binaların söküləcəyini də vurğulayıb. Onun sözlərinə görə, Qaziantepdə zəlzələlər bu günə qədər davam edir. Nazir əlavə edib ki, bölgədə dəymiş ziyanın qiymətləndirilməsinin böyük hissəsinin yaxın üç gündə başa çatdırılması planlaşdırılır, həftə ərzində təbii fəlakətin Türkiyəyə dəymiş ziyanı qiymətləndiriləcək.

Bir gün əvvəl, fevralın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin zərər çəkmiş 10 bölməsində ən azı 41 min binanın dağıldığını və ya qəzalı vəziyyətdə olduğunu bildirib.

Son xəbərlər
Digər xəbərlər