Danimarka və İsveç Almaniyanın rəhbərlik etdiyi “Avropanın Səma Qalxanı Təşəbbüsü” nə qoşulub.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bununla da Təşəbbüsün iştirakçıların sayı 17-yə çatıb ki, onlardan 15-in NATO üzvü, digər iki ölkə isə İsveç və Finlandiyadır.
“Avropanın Səma Qalxanı Təşəbbüsü” Avropa ölkələri tərəfindən geniş spektrli hava hücumundan müdafiə sistemlərinin alınmasını və inteqrasiyasını asanlaşdırmaqla NATO-nun İnteqrasiya edilmiş Hava və Raket Hücumundan Müdafiəsini gücləndirmək məqsədi daşıyır.