9 C
Baku
Thursday, December 12, 2024

“Renaissance Capital” 2023-cü ildə Azərbaycanda ÜDM-in artım proqnozunu yaxşılaşdırıb

“Renaissance Capital” şirkəti (sərhəd və inkişaf etməkdə olan bazarlara yönəlmiş aparıcı müstəqil investisiya şirkətlərindən biridir, mənzil qərargahı Londonda yerləşir) 2023-cü ildə Azərbaycanda ÜDM-in artımını 3% səviyyəsində proqnozlaşdırır.

“Renaissance Capital” 2022-ci ilin avqust ayında Azərbaycanda 2023-cü il üçün ÜDM-in artımını 2.7% səviyyəsində proqnozlaşdırmışdı.

“2023-cü ilin yanvar ayında Azərbaycanda ÜDM 1.5% azalıb (2022-ci ildə 4.6%-lik artımdan sonra). Neft-qaz sektorunda azalma 4.6%-dək (2022-ci ildəki -2.7%-dən) sürətlənib, qeyri-neft sektorunda artım isə 1.7%-dək (2022-ci ildəki 9.1%-dən) zəifləyib. Biz 2023-cü ildə ÜDM-in 3% artacağını gözləyirik. Cari ildə Azərbaycanda iqtisadi artım neft hasilatının stabilləşməsi və qaz hasilatının artması ilə dəstəklənəcək”, – deyə “Renaissance Capital”dan bildirilib.

Şirkətin analitikləri qeyd edirlər ki, yanvar ayında Azərbaycanda inflyasiya 13.6%-dək azalıb və bu tendensiya növbəti aylarda da davam edəcək.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2023-cü ildə ÜDM 2.7% artacaq, orta illik inflyasiya 6.9% təşkil edəcək.

Son xəbərlər
Digər xəbərlər