18 C
Baku
Friday, October 4, 2024

Dünya Bankının prezidenti Devid Malpass istefa verib

Dünya Bankı Qrupunun prezidenti Devid Malpass maliyyə ilinin sonuna qədər təqaüdə çıxmaq niyyəti barədə İcraçı Direktorlar Şurasına məlumat verib. Bu barədə bankın saytında yerləşdirilən məlumatda deyilir.

“Əhəmiyyətli irəliləyiş əldə etdikdən və diqqətlə düşünəndən sonra yeni vəzifələrlə məşğul olmağa qərar verdim. Ən çətin dövrlərdə performansımızı yaxşılaşdırmaq üçün hər gün onlarla işləmək imtiyazına görə işçilərimizə və idarə heyətinə təşəkkür etmək istəyirəm”, – Malpass söyləyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Devid Malpass 2019-cu ildə Dünya Bankına rəhbərlik edib. Bundan əvvəl, 2017-2019-cu illərdə o, Xəzinədarlıq katibinin beynəlxalq məsələlər üzrə müavini, 2016-cı il ABŞ prezident seçkiləri zamanı cənab Malpass ABŞ-ın keçmiş prezidenti Donald Trampın iqtisadi məsələlər üzrə baş məsləhətçisi olub.

Son xəbərlər
Digər xəbərlər