2022-ci ildə Azərbaycandan 3 milyon 365 min dollar dəyərində 2 691 ton nar ixrac olunub.
Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 931 min dollar dəyərində 557 ton nar ixrac olunmuşdu. Beləliklə, nar ixracı dəyər ifadəsilə 3.6 dəfə, miqdar ifadəsilə 4.8 dəfə artıb.
Bir ton narın orta ixrac qiyməti 2022-ci ilin yanvarında 1671 dollar ikən, 2023-cü ilin müvafiq ayında 1250 dollar olub.