10 C
Baku
Tuesday, November 26, 2024

Rusiya Avstriya səfirliyinin dörd əməkdaşını ölkədən çıxarır

Rusiya cavab tədbiri qismində Avstriya səfirliyinin dörd əməkdaşını ölkədən çıxarır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Cavab tədbiri qismində Avstriya Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin 4 əməkdaşı “arzuolunmaz şəxs” elan edilib. Onlardan fevralın 23-ü günün sonuna qədər ölkəni tərk etmək tələb olunub”, – XİN-in məlumatında deyilir.

Artıq Avstriya səfirinə müvafiq nota təqdim edilib.

Xatırladaq ki, daha əvvəl Avstriya 4 Rusiya diplomatını “arzuolunmaz şəxs” elan edib.

Son xəbərlər
Digər xəbərlər