Koreya Respublikası KXDR-in raket proqramı ilə əlaqəli 4 fiziki şəxs və 5 təşkilata qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu açıqlayıb.
Müvafiq məlumat Pxenyanın raket buraxılışlarından sonra Cənubi Koreya Xarici İşlər Nazirliyinin saytında yer alıb.
Nazirlik bildirib ki, fevralın 18-də uzaqmənzilli ballistik raketin, fevralın 20-də isə qısamənzilli ballistik raketlərin buraxılışından sonra sanksiyaların tətbiqinə qərar verilib.