Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri bu gün Brüsseldə planlaşdırılan iclasda Rusiyaya qarşı sanksiyaların 10-cu paketinin fevralın 24-dək tətbiq edilməsini, həmçinin Ukraynaya silah tədarükünü artırmaq üçün Avropa Sülh Fondunda islahatları müzakirə edəcəklər.
Görüşdə Ukrayna və Moldovanın xarici işlər nazirləri Dmitri Kuleba və Nikolay Popesku iştirak edəcək. Diplomatlar həmçinin İrana qarşı əlavə sanksiyaların tətbiqini də nəzərdən keçirəcəklər.
Aİ-nin xarici siyasət idarəsindən jurnalistlərə verilənməlumata görə, “sanksiyalar bazar ertəsi təsdiqlənməyəcək, müzakirələr hələ davam edir”.