Avropa İttifaqının Ermənistandakı mülki missiyası fəaliyyətə başlayıb.
Bu barədə Aİ-dən bildirilib.
Qeyd olunub ki, 2 il müddətinə göndərilən missiyaya 100 nəfər daxildir.
Xatırladaq ki, ötən il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib.