Rusiya Silahlı Qüvvələri tərəfindən 23-24 fevral tarixlərində bir neçə hücum dalğası ola bilər.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) sözçüsü Yuri İqnat “Ukrinform“un efirində deyib.
O qeyd edib ki, bir sıra təxribatlar hazırlanması mümkündür: ”Bu təxribatlar 23 fevralda – Rusiyada “Vətən Müdafiəçiləri Günü”ndə həyata keçirilə bilər. Növbəti gün isə işğalın başlanmasının ildönümüdür. Ona görə də bu tarixlərdə bir neçə hücum dalğası gözləmək olar. Düşmənin qeyri-standart hərəkətləri və gərginliyin daha da artması gözlənilir”.