Türkiyədə zəlzələ zamanı uçan binalarla bağlı həbs olunan podratçıların sayı artıb.
Hatayda “Huzur” binasının podratçısı Yıldıray Varkinin həbs olunması ilə ümumilikdə həbs olunan podratçıların sayı 134-ə çatıb.
Məlumata görə, bir gün əvvəl İstanbulda saxlanılaraq məhkəməyə aparılan Varki barəsində həbs qərarı verilib.
Qeyd olunur ki, Varkinin Adıyamanda podratçısı olduğu binanın uçması nəticəsində çox sayda insan həlak olub.