İtaliya hakimiyyəti Ukrayna müharibəsi fonunda son 1 il ərzində rusiyalı iş adamlarının 2 milyard avrodan çox dəyərində əmlakına həbs qoyub.
Bu barədə İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani məlumat verib.
“Biz həm də Ukraynanın yenidən qurulmasında əsas iştirakçılardan olmaq istəyirik. İtaliya rusiyalı oliqarxların ən çox vəsaitinə həbs qoyan ölkələr sırasındadır. Söhbət Ukraynanın bərpasında istifadə edilə biləcək 2 milyard avrodan çox vəsaitdən gedir. Biz planı hazırlamaq və mümkün qədər çox şirkət cəlb etmək üçün qarşıdakı həftələrdə Romada tədbir təşkil edəcəyik”, – nazir “La Stampa” qəzetinə müsahibəsində deyib.