2023-cü ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1091.7 milyon manat və ya 2022-ci il ilin müvafiq ayı ilə müqayisədə 61.2 faiz çox vəsait yönəldilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabınaəsas kapitala yönəldilmiş vəsaitin 259,9 milyon manatı (92,9 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, İsveçrə, Yaponiya,
Rusiya, Norveç, Fransa və İran sərmayədarlarına məxsus olmuşdur.
Qeyd edək ki, daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 74.4 faizini təşkil edib.