14 C
Baku
Monday, May 6, 2024

Yanvarda Gürcüstandan Azərbaycana 29 mln. dollar dəyərində avtomobil ixrac edilib

2023-cü ilin yanvarında Gürcüstandan Azərbaycana 29.3 milyon dollar dəyərində 2 436 ədəd avtomobil ixrac edilib.

Məlumatı Gürcüstanın Milli Statistika İdarəsi yayıb. Bildirilib ki, illik müqayisədə Azərbaycana ixrac edilən avtomobillərin sayı 46 ədəd və ya 1.9%, dəyəri isə 7.5 milyon dollar və ya 34.4% artıb.

Ötən ilin yanvarında Gürcüstan Azərbaycana 21.8 milyon dollar dəyərində 2 390 ədəd avtomobil ixrac edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər