18 C
Baku
Friday, October 4, 2024

Dünya Bankına yeni prezidentin mayın əvvəlində seçiləcəyi gözlənilir

Dünya Bankı cari il mayın əvvəlində vəzifəsini tərk edən Devid Malpassın yerinə təşkilatın yeni rəhbərini seçəcək.

Bu barədə bankın mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Dünya Bankının Direktorlar Şurası fevralın 15-də Malpassın iyunun 30-dək vəzifəsini tərk edəcəyini elan etdikdən sonra bankın yeni prezidentinin seçilməsi prosesinə hazırlıqları fevralın 22-də müzakirə edib. Bu vəzifəyə namizədlər fevralın 23-dən martın 29-dək olan müddətdə şuranın icraçı direktorları tərəfindən irəli sürülməlidir. Namizədlər bankda iştirak edən ölkələrin vətəndaşları olmalıdırlar.

Eyni zamanda, şura qadınların namizəd kimi irəli sürülməsini qətiyyətlə tövsiyə edir. Namizədlik müddəti başa çatdıqdan sonra İcraçı direktorlar üç namizəddən ibarət qısa siyahı tərtib edəcək və onların razılığı ilə qısa siyahıya alınmış namizədlərin adlarını dərc edəcəklər. “İcraçı direktorlar qısa siyahıdakı bütün namizədlərlə rəsmi müsahibələr aparacaq, onlar cari il mayın əvvəlinə kimi yeni prezidenti seçməyi gözləyirlər”, – Dünya Bankının məlumatında qeyd edilib.

Devid Malpass 2019-cu ilin aprelində Dünya Bankının prezidenti vəzifəsini icra edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər