Birləşmiş Ştatlar yaxın aylarda əlavə iqtisadi yardım qismində Ukraynaya 10 milyard dollar vəsait ayıracaq.
Bunu ABŞ-nin maliyyə naziri Canet Yellen Banqalorda keçirilən mətbuat konfransında deyib. O, həmçinin Beynəlxalq Valyuta Fondunun maliyyə proqramına başlamasının vacib olduğunu bildirib.
Canet Yellen qeyd edib ki, Ukrayna böhranı hazırda dünya iqtisadiyyatını formalaşdıran əsas faktordur.