16 C
Baku
Wednesday, November 5, 2025

Çin Ukraynada sülh yolu ilə nizamlanma planı hazırlayıb

Çin Xarici İşlər Nazirliyi Ukraynada sülh yolu ilə nizamlanma planını dərc edib. 12 bənddən ibarət sənəd agentliyin saytında dərc olunub.

Əsas məqamlar sülh danışıqlarının bərpası və hərbi əməliyyatların dayandırılmasıdır. Pekin həmçinin tərəfləri bütün ölkələrin suverenliyinə hörmətlə yanaşmağa, BMT Nizamnaməsinə hörmət etməyə və soyuq müharibə təfəkküründən əl çəkməyə çağırıb.

Plan humanitar böhranın həllini, mülki əhalinin və hərbi əsirlərin müdafiəsini, o cümlədən mübadilə üçün əlverişli şərait yaratmaqla təmin etməyi təklif edir. Atom elektrik stansiyalarının təhlükəsizliyinin təmin edilməsi, nüvə münaqişəsi və kimyəvi və ya bioloji silahların istifadəsi risklərinin azaldılması ehtiyacına da diqqət çəkilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər