2023-cü ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətindən 13-nün ödənişləri illik müqayisədə artıb, 5-nin ödənişləri azalıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, Meqa Həyat Sığorta bu il və ötən il ödəniş etmədiyindən, Xalq Həyat Sığorta isə ötən il ödəniş etmədiyindən müqayisə etmək mümkün deyil.
Ən çox sığorta ödənişi artan şirkətlər arasında birinci yerdə “İpək Yolu Sığorta” şirkəti (14 dəfə) dayanır.
Ödənişləri illik müqayisədə ən çox azalan şirkət “Qala Həyat Sığorta” şirkətində (73%) qeydə alınıb.
Sığortaçının adı | Sığorta ödənişləri (2023-cü il yanvar), min manat | Sığorta ödənişləri (2022-ci il yanvar), min manat | İllik fərq |
A-Qroup Sığorta Şirkəti | 923 | 905 | 2% |
AtaSığorta | 293 | 736 | -60% |
Atəşgah Həyat Sığorta Şirkəti | 3,036 | 515 | 5.9 dəfə |
Atəşgah Sığorta Şirkəti | 1,176 | 882 | 33% |
Dövlət Sığorta Kommersiya Şirkəti | 1,006 | 1,996 | -50% |
Azərbaycan Sənaye Sığorta | 456 | 314 | 45% |
AzSığorta | 782 | 496 | 58% |
Bakı Sığorta | 147 | 156 | -6% |
Günay Sığorta | 295 | 367 | -20% |
İpək Yolu Sığorta | 15 | 1 | 15 dəfə |
Meqa Sığorta | 800 | 435 | 84% |
Naxçıvansığorta | 59 | 35 | 67% |
Paşa Həyat Sığorta | 16,259 | 4,385 | 3.7 dəfə |
Paşa Sığorta | 6,041 | 3,101 | 95% |
Qala Həyat Sığorta Şirkəti | 30 | 110 | -73% |
Qala Sığorta | 626 | 411 | 52% |
Xalq Həyat Sığorta Şirkəti | 527 | – | – |
Xalq Sığorta | 2,507 | 1,771 | 42% |
Aqrar Sığorta | 191 | 34 | 5.6 dəfə |
Meqa Həyat Sığorta | – | – | – |