Bu gün Milli Məclisdə “Elektroenergetika haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir.
Yeni qanunun qüvvəyə mindiyi gündən “Elektroenergetika haqqında” 1998-ci il 3 aprel tarixli qanun ləğv edilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.