7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda bank müştərilərinin sayı açıqlandı – 1 milyona yaxın artıb

Azərbaycanda bank müştərilərinin sayı 2023-ci ilin yanvar ayına 13 milyon 478 min 899 nəfər təşkil edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2022-ci ilin eyni dövründə isə bank müştərilərinin sayı 12 milyon 484 min 409 nəfər olub. Belə ki, cari ilin yanvar ayında bank müştərilərinin sayı 994 min 490 nəfər və yaxud 8% artıb.

Bank müştərilərindən 13 milyon 378 min 899 nəfər fiziki şəxslər, 137 min 986 nəfəri isə hüquqi şəxslərdir. Belə ki, aylıq müqayisədə fiziki şəxs müştərilərin sayı 0.6%, hüquqi şəxs müştərilərin sayı isə 0.8% artıb.

Həmçinin, cari ilin yanvar ayında müştəri hesablarının sayı 32 milyon 474 min 369 ədəd təşkil edib. Ötən ilin yanvar ayı ilə müqayisədə fiziki şəxslərin cari hesablarının sayı 16% ( 3 milyon 570 min 605 şəxs ) artıb, hüquqi şəxslərin cari hesablarının sayı isə 16.3% ( 43 min 313 şəxs ) artıb.

Son xəbərlər
Digər xəbərlər