Çin Yerin məsafədən zondlama peyki “Horus-1”i uğurla orbitə çıxarıb.
Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb.
Buraxılış ölkənin şimalında“CZ-2C” daşıyıcı raketindən istifadə edilməklə həyata keçirilib. O, “Long March” seriyasının daşıyıcıları arasında ardıcıl 464-cü olub.
“CZ-2C” raket daşıyıcısının uçuş çəkisi 242 tona çatıb. O, təxminən 500 km hündürlükdə heliosinxron orbitə 2 tona qədər faydalı yük çıxarmağa qadirdir.