Sanksiyalar nəticəsində yalnız Rusiyaya məxsus maliyyə aktivləri dondurulmayıb. Bir sıra iri şirkətlərin də vəsaiti Rusiya banklarında qalıb və geri qaytarılmır.
Hazırda Rusiyada banklarında “Morgan Asset Management”, “Schroders”, “Investment Management”, “East Capital” kimi tanınmış investisiya şirkətlərinin maliyyə aktivləri qalıb.
“İnterfax” agentliyi Rusiyanın Mərkəzi Bankına istinadla xəbər verir ki, banklarda Qərbə şirkətlərinə məxsus 280 milyard rubl (3,7 milyard dollar) vəsait var. Ukrayna müharibəsindən əvvəl Qərb şirkətlərinin Rusiya banklarındakı aktivlərinin həcmi 150 milyard dollara həcmində idi. Lakin hərbi əməliyyatların ilk günlərində şirkətlər təcili olaraq pullarını banklardan çəkiblər.
“Investment Management” şirkətinin baş direktoru Tim Livi bildirib ki, hazırda Rusiya banklarında Qərb şirkətlərinin 3,7 deyil, 13 milyarddan çox maliyyə vəsaiti qalıb və bu vəsaitləri geri almaq mümkün olmayacaq.