Bir ağa Lusio və Beninyo adında iki nökər işə götürür. Bir aydan sonra nökərlərin əmək haqqısını vermək zamanı gəldikdə nökərlərin sahibi Lusioya 30, Beninyoya isə 50 qızıl verir.
Lusio qəzəblənir:
-Ağa, mən Beninyodan gənc və üstünəm. Həmçinin mənim ailəmdə böyükdür, onları doyuran tək mənəm. Nəyə görə siz mənə az pul verdiniz?
Ağa gülümsəyərək cavab verdi:
-Darvazanın qarşısındakı insanları görürsən? Get, öyrən gör onlar kimlərdir.
Lusio geri qayıtdı və cavab verdi:
-Siciliyadan olan tacirlərdir.
-Bəs hara gedirlər?
Lusio yenə gedib öyrənərək geri qayıdır:
-Sardiniyaya gedirlər.
-Bəs özləri ilə nə aparırlar?
Nökər yenə qayıdaraq cavab verir:
-Zeytun yağı və xurma aparırlar.
Bu dəfə isə ağa Beninyonu yanına çağırdı:
O insanları görürsən? Get, öyrən gör sahibləri kimdir?
Beninyo geri qayıdaraq izahat verdi:
-Ağa, bunlar Siciliyadan olan tacirlərdir və evlərinə, ailələrinin yanına qayıdırlar. Vətənləri Sardiniya, Santa-Marinodur. Özləri ilə isə zeytun yağı, xurma və bal aparırlar və orada üç qat baha qiymətə satmağa hazırlaşırlar.
Mən onlarla 5 qızıla razılığa gəlmişəm. Onlardan nə isə alacayıq, yoxsa çıxıb getsinlər?
Ağa, düşündürücü baxışlarla Lusioya baxdı…