2023-cü ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 37 ölkəsinə 1.8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi İxrac icmalının fevral sayını təqdim edilir.
Bura, peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri daxildir.
Xidmətin böyük hissəsi Böyük Britaniyaya edilib. Kosmik şirkət B.Britaniyaya xidmətdən yanvar ayında 408 min dollardan çox həcmdə valyuta əldə edib.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80 faizini təşkil edib.
2022-ci ilin yanvar ayında “Azərkosmos” ASC tərəfindən dünyanın 29 ölkəsinə 2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83 faizini təşkil etmişdi.
2022-ci ilin yanvarı:








