“Rusiya istiqamətində logistika üzrə subsidiyanın verilməsi nəzərdə tutulmayıb”.
Bunu İqtisadiyyat Nazirliyinin yanında İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPOMO) icraçı direktoru Yusif Abdullayev bu qurumun 2022-ci ilin yekunlarına və 2023-cü ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, mövcud bazara subsidiya tətbiq edilsə, 1 milyard ABŞ dollarlıq ixrac, 2 milyard ABŞ dolları olacaq: “Amma, ümumi ixrac ölkələrimizin sayı 9-dan 6-ya düşəcək. Bu tək bizdə baş vermir. Dünyanın hər bir yerində bu proses var. Məsələn, Kanada kimi inkişaf etmiş ölkə bu gün müəyyən həcmdə Kanada dolları ayırır ki, ABŞ-dan ixrac asıllığını aşağı düşsün. Çünki, ixracın 70 %-dən çoxu ABŞ-dır. Türkiyəyə də baxdıqda, 250 milyard dollarlıq ixracın 10-15 %-nin Almaniyaya olduğunu görərik”.
Y.Abdullayev bildirib ki, aparılan araşdırmalarına görə, Körfəz ölkələləri, Asiya ölkələrində, bəzi Azərbaycan məhsullarına tələb var: “Məsələn, Avropa bazarlarında İtaliyaya 25-30 milyon ABŞ dollarından artıq fındıq ixracı artıq həyata keçirilib. Düşünürük ki, o bazarlarda bəzi kənd təsərrüfatı məhsulları rəqabətli deyil”.
O qeyd edib ki, meyvə-tərəvəz məhsullarına Körfəz ölkələrində böyük tələbat var: “Ancaq logistikamız kifayət qədər mürəkkəb və bağılıdır. Hazırda ölkəmizdən 160-200 milyon ABŞ dollarına yaxın tomat və pomidor məhsulu Rusiyaya ixrac edilir. Bunun şaxələndirilməsi üçün başqa ölkələrdə də maraq yaratmaq lazımdır. Tətbiq edəcəyimiz subsidiyanın əsas məqsədi də elə bundan ibarətdir”.