14 C
Baku
Saturday, November 23, 2024

Çindən gələn xəbər neft qiymətlərinə güclü təkan verir – Brent 84 $/bll-ə qədər bahalaşdı

Dünyanın ən böyük xam neft idxalçısı olan Çində istehsal fəaliyyətinin genişlənməsinə dair xəbərlərin qlobal yanacağa tələbat proqnozunu artırması ilə neft qiymətləri ard-arda ikinci sessiyadır ki bahalaşır.

Banker.az xəbər verir ki, Brentin may fyuçersinin bir barreli London birjasında 47 sent, yaxud 0.56% bahalaşmaqla 83.92 dollar təşkil edərkən, WTI neftinin aprel fyuçersi Nyu-York birjasında 46 sent, 0.60% bahalaşmaqla 77.51 dollar təşkil edib. Hər iki bençmark həftənin çərşənbə axşamı 2%-ə yaxın bahalaşıb.

Neft qiymətləri, dünyanın ikinci ən böyük xam neft istehlakçısı olan Çində tələbin güclü artımı gözləntiləri ilə dəstəklənməyə davam edir. Çərşənbə günü “Caixin/S&P Global” tərəfindən dərc olunan xidmət sektorunda biznes aktivliyi indeksi (PMI) görə, bu gözləntilər Çinin fabrik fəaliyyətinin fevral ayında yeddi ayda ilk dəfə artdığını göstərən məlumatlar ilə daha da dəstəkləndi.

Çərşənbə günü dərc edilən rəsmi hökumət PMI məlumatları da 2012-ci ildən bəri istehsalda ən sürətli genişlənmənin fevral ayında baş verdiyini görünməkdədir.

Bununla belə, güclü tələb siqnalı dünyanın ən böyük neft istehlakçısı və istehsalçısı olan ABŞ-da artan xam neft ehtiyatlarının əlamətləri ilə kompensasiya edildi. Belə ki, bazar mənbələrinin çərşənbə axşamı Amerika Neft İnstitutunun (API) rəqəmlərinə istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları fevralın 24-də bitən həftədə 6.2 milyon barel artıb. Bu neftin qiymətlərinə ona görə azaldıcı təzyiqi yaradır ki, əksər iqtisadçılar ortaq olaraq ötən həftə cəmi 0.44 mln. ton artım proqnoz edirdilər.

Bununla belə, API məlumatlarına görə, benzin ehtiyatları 1.8 milyon barel, distillə edilmiş yanacaqlar, o cümlədən dizel və təyyarə yanacağı 340 000 barel azalıb.

Ehtiyatlar haqqında ABŞ hökumətinin rəsmi məlumatları çərşənbə günü sonra verilməlidir.

Artan tədarükün digər əlamətləri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) məlumatlarından da göründü. Fevral ayında OPEC gündəlik 28.97 milyon barel hasil edib ki, yanvar ayından 150 000 barel artıb. Hasilat hələ də sentyabrla müqayisədə sutkada 700 000 bareldən çox azdır.

Son xəbərlər
Digər xəbərlər