Əvvəllər “Sberbank”a məxsus olan Qazaxıstanın “Bereke bank”ı ABŞ sanksiyalarına məruz qalan Rusiya banklarının “Mir” kartlarından pulun nağdlaşdırılmasını dayandırıb, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Bildirilir ki, məhdudiyyətlər ABŞ-ın bloklayıcı sanksiyaları altında olan banklara şamil edilir. Bank əlavə edib ki, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiyalarına məruz qalan bankların kartlarından pulun nağdlaşdırılması ilə bağlı da problemlər ola bilər.
Martın 6-dan etibarən “Bereke bank” “Sberbank”ın hesablarına istənilən ödəniş və köçürmələrin qəbulunu dayandıracaq. Eyni zamanda, martın 6-dan etibarən Rusiyaya telefon nömrəsi ilə köçürmələr mümkün olmayacaq.
Xatırladaq ki, fevralın 24-də ABŞ Rusiyanın bir sıra banklarına (“MKB”, “Uralsib”, “MTS Bank”, “Sankt-Peterburq”, “Zenit”, “Lanta-Bank”, “Metallinvestbank”, “Primorye”, “SDM Bank”, “Ural Yenidənqurma və İnkişaf Bankı”, “Levoberejni”) qarşı sanksiyalar tətbiq edib.