Rusiyanın paytaxtı Moskvanın Taqanski Rayon Məhkəməsində vikipediya ilə bağlı yeni qərar qəbul edilib.
Məhkəmə daha əvvəl yalan məlumatı silmədiyinə görə dörd dəfə cərimələdiyi vikipediyanı yenidən cərimələyib.
Belə ki, vikipediya Rusiya prokurorluğu tərəfindən ötən ilin yanvarında ölkənin Ukraynadakı hərbi əməliyyatları ilə bağlı yaydığı yalan məlumatı silmədiyi üçün daha 2 milyon rubl cərimələnib.
Qeyd edək ki, vikipediya əvvəlki məhkəmələrdə ümumilikdə 7 milyon rubl cərimələnib.