5 C
Baku
Saturday, December 14, 2024

Litva Rusiya ilə sərhəddə əcnəbilər üçün qeydiyyat mərkəzini bağlayıb

Litva Rusiya ilə sərhəd yaxınlığında əcnəbilər üçün qeydiyyat mərkəzini bağlayıb.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Kibartay şəhərindəki mərkəzin fəaliyyəti dayandırılandan sonra oradakı miqrantlar Pabrade şəhərindəki digər mərkəzə köçürüləcək.

Kibartaydakı mərkəzdə yaşayan qeyri-qanuni mühacirlərə Litva ərazisini tərk etməyərək, 24 saat ərzində mərkəzdən çıxmaq üçün vaxt verilmişdi.
“Onlar, çox güman ki, qanunsuz olaraq Litva sərhədini keçiblər, çünki əvvəldən onların məqsədi Qərbi Avropa ölkələrinə keçmək olub”, – xəbərdə deyilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər