Özbəkistan Prezidenti Şavkat Mirziyoyev martın 1-də Azərbaycana işgüzar səfərə gəlib.
Daha əvvəl Mirziyoyev bildirmişdi ki, ikigünlük işgüzar səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
Özbəkistan Prezidenti martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edəcək.