Azərbaycanda iri metaləritmə zavodunun rəhbəri dəyişib

Sumqayıtda fəaliyyətdə olan Metaləritmə Zavodunun (STP-AH MMC) direktoru dəyişib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, Selman Çelik “STP-AH” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş icraçı direktoru təyin edilib.

O, bu vəzifədə həmyerlisi Konuralp Yurteri əvəzləyib.

Selman Çelik və Konuralp Yurter 2020-ci ilin sonları qeyd edilən şirkətə təyin edilmişdilər. S.Çelik buna qədər “STP-AH”ın baş maliyyə inzibatçısı idi.

“STP AH” Sumqayıt Texnologiyalar Parkının armatur istehsal edən Metaləritmə Zavodunun əsasında yaradılıb. Şirkətin 100 min manat nizamnamə kapitalı var.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər