2023-cü ildə ilk dəfə olaraq yeni bank olmayan kredit təşkilatı (BOKT) təsis edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Anexs Bank Olmayan Kredit Təşkilati” Məhdud Məsuliyyətli Cəmiyyətini 27 fevral tarixində dövlət qeydiyyatına alınıb.
Şirkət Baki şəhəri Nəsimi rayonu, Dilarə Əliyeva, ev 235A, m. 104 ünvanında dövlət qeydiyyatına alınıb, onun 300 000 manat nizamnamə kapitalı var.
Hikmət İmanov Səfail oğlu BOKT-un rəhbəridir. Hikmət İmanov buna qədər “AccessBank” QSC-də çalışıb.
Hazırda kredit bazarında “Anexs Lombard” MMC adlı şirkət var. Bu şirkət isə rsəmi olaraq Şirvan şəhərində 20 Yanvar, ev 1, m. 46 ünvanında qeydiyyatda olsa da internet səhifəsində (http://anexslombard.az/) Bakı şəhəri Nəsimi rayonu Hüseyin Seyidzadə küçəsi 155a göstərilir. Onun direktoru Asəf İsgəndərov Arif oğludur.
Azərbaycanda BOKT-lərə lisenziyanı Azərbaycan Mərkəzi Bankı təqdim edir. Ötən il bir neçə bank olmayan kredit təşkilatı təsis edilsə də Mərkəzi Bank onlara hələ ki, kredit bazarında lisenziyanı heç bir BOKT-a təqdim etməyib. Sonuncu dəfə bu lisenziya 26 dekabr 2021-ci il tarixində “SF Azerbaijan BOKT” MMC-yə bu lisenziya təqdim edilib.
Əksinə, 2022-ci ildə BOKT-lərdən biri bu lisenziyadan məhrum oldu.
Lisenziya almaq üçün növündən asılı olmayaraq BOKT-lər tərəfindən AMB-yə aşağıdakı sənədlər təqdim olunur:
təsisçi (təsisçilər) və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər) tərəfindən imzalanmış ərizə;
dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
minimum nizamnamə (şərikli) kapitalının ödənilməsi (ilkin əmlakın formalaşdırılması) barədə bank sənədi;
təşkilati strukturu haqqında məlumat;
inzibatçıların nəzərdə tutulmuş peşə yararlılığı və məhkumluğun olmaması tələblərinə uyğun olması haqqında məlumat;
maliyyələşdirilmə mənbələri, habelə kredit siyasətinin əsas göstəriciləri, o cümlədən (ərazi əhatəsi, kreditləşdirmənin subyektləri, kreditin verilmə müddətləri, faiz dərəcələri) barədə məlumat;
inzibatçıların iş təcrübəsini təsdiqləyən sənədin əsli və ya sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
xarici ölkənin ərazisində fəaliyyət göstərən BOKT-nin Azərbaycan Respublikasında filialının açılmasına xarici nəzarət orqanının icazəsi (həmin ölkənin qanunvericiliyi ilə tələb olunduğu halda);
lisenziyanın alınması üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
Bu yazılı formada tərtib edilir və ərizəni imzalayan şəxs (şəxslər) tərəfindən imzalanaraq BOKT-nin möhürü ilə təsdiq edilir.
AMB iki iş günü müddətindən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı və lisenziyanı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.