4 C
Baku
Wednesday, February 12, 2025

Nəyə görə siz hələ də varlı deyilsiniz?

Bizlərdən hər biri heç olmasa ömründə bir dəfə də olsa arzu edib ki, kaş ki onun da istədiyi, ürəyindən keçən hər bir şeyi ala biləcək qədər pulu olardı, o nəsə almaq istəyəndə ilk növbədə onun qiymətinə fikir vermək məcburiyyətində qalmazdı. Kaş ürəyindən keçəni rahat edə bilərdi.

Hətta ürəyinizdən belə “dəlisov” alış-verişlər keçməsə də, heç də hər şeyi almaq arzusunda olmasanız da, yəqin nə vaxtsa maliyyə durumunuzun elə dəyişməsini istəmisiniz ki, işə gələrək öz müdirinizə onun haqqında nə düşündüyünüzü, bu illər ərzində ürəyinizdə tıxac kimi yığılıb qalan fikirləri düz onun üzünə söyləyəsiniz.  Axı hamı nə vaxtsa möcüzəvi şəkildə, birdən-birə anidən varlanmaq istəyir!

Bu məqalədə sizə öz maliyyə vəziyyətinizi yaxşılaşdırmaq və qısa bir müddətdə maliyyə azadlığına doğru irəliləmək üçün bəzi tövsiyələr vermək niyyətindəyik.

Bu məsləhətlərdən hər birini diqqətlə oxuyun. Onları öz nümunənizdə sınaqdan keçirin, fərqli tərəflərə diqqət yetirin və tələsmədən onları öz həyatınızda necə tətbiq edə biləcəyiniz haqqında düşünün.

1. Öz maliyyə problemlərinizin həll edilməsinə daha çox vaxt ayırın

Öz pullarını nəzərətdə saxlamayan insanlar  (gəlirlər və xərclər, əmanətlər, daima yeni gəlir mənbələri yaradılması üzərində işləmək), çətin ki nə vaxtsa varlı ola bilsinlər.

Siz şəxsi şirkəti olan bir direktor kimi düşünməli və hərəkət etməlisiniz, hər bir xırda detala diqqət yetirməli və öz ailənizdəki bütün maliyyə axınlarını şəxsən izləməlisiniz.

Yoxlama sualı- siz axırıncı dəfə nə vaxt ailə yığıncağında sizi gözləyəcək xərcləri müzakirə edərək, ailə büdcəsini planlaşdırmısınız?

2. Pis vərdişlərdən qurtulun

Bizim vərdişləri həyatımızı təşkil edən, onun mahiyyətini təsir edən çox vacib tərkib elementlərindən biridir. Əgər siz əvvəl pulla çox axmaqcasına davranmısınızsa (pul məsələlərində çox səhvlər etmisinizsə), bu hələ o demək deyil ki, siz öz davranışınızı dəyişə bilməzsiniz.

Öz adı davranışınızı (və ya sadəcə bir neçə vərdişi) dəyişərək, siz öz maliyyə rifahınızda nəzərə çarpacaq qədər irəliləyişə nail ola bilərsiniz. Mütəxəssislər qeyd edir ki, yeni «düzgün» pul vərdişlərini formalaşdırmaq üçün cəmi 21 gün tələb olunur.

Yoxlama sualı – zəhmət olmasa, elə indidən deyin, sizin ən faydalı və ən zərərli maliyyə vərdişləriniz hansılardır.

3. Sizi yoldan çıxaracaq şeylər ilə mübarizə aparın

Cazibəyə aldanmayın

Bəli biz istehlak dünyasında yaşayır, daima yeni nə isə alırıq, nə isə tükədirik. Əksər hallarda insanlar yeni şeylərin əksəriyyətini kreditə alır.

Varlanmaq üçün öz istəklərini idarə etməyi bacarmağı öyrənmək lazımdır. Bizi bütün mümkün vasitələrlə -endirimlər, bonuslar, müxtəlif aksiyalar, auksionlar, yarmarkalar ilə yoldan çıxarı, dəniz sahilində ekzotik istirahət keçirməyə dəvət edir (axı siz buna layiqsiniz!), müntəzəm olaraq yeni elektron qadjetlər almağa sürükləyirlər (Apple: «Biz sizin ədabazlığınız sayəsində milyardlar qazandıq»).

Bununla nə etmək olar?

Yalnız bir dəyərli yeni əşyanın alınması ilə kifayətlənmək variantı sizə necə təsir bağışlayır, siz bununla nə qədər çox pula qənaət edə biləcəyinizin şahidi olacaqsınız. Yəni bir dəfəyə yalnız bir bahalı əşya almaq olar.

Nümunə ilə izah edək: sizə olduqca vacib görünən «növbəti» əşyanı aldıqdan sonra  3-6 ay keçməsini gözləyin, müddətin başa çatmasından sonra özünüzə belə bir sual verin, doğrudanmı bu əşyanı almaq sizə bu qədər vacib idi? Onun faydasını nə dərəcədə hiss edirsiniz?

4. Üçdə bir hissə qaydasını istifadə edin

Var dövlət toplamağın ən uğurlu strategiyalarından biri isə «Üçdə bir hissə qaydasıdır».

Bu nə deməkdir? İstənilən bir bonusdan, əməkhaqqıdan, mükafatdan və ya əlavə gəlirdən üç də bir hissəni kənara qoyaraq, özünüz üçün əmanət fondu yaradın. Digər üç də bir hissəni özünə xərcləyə bilərsiniz. O biri üç də bir isə investisiyaya, vergilərin və ya kreditlərin ödənməsi kimi digər məsrəflərə sərf oluna bilər.

Bu strategiya sizə əlavə xərclərdən uzaq durmağa imkan verəcək, sizi lazımsız xərclərə yol verməyə qoymayacaq. Amma Bodo Şefer üç də biri deyil, tam yarını əmanət kimi saxlamağı tövsiyə edir, amma bu xüsusi ilə iradəli insanlar üçün özünü daha yaxşı doğruldur.

5. Dostlarım mənim haqqımda nə fikirləşəcək (həmkarlar, qonşular, tanışlar)?

Hələ də çoxlu sayda insanlar həddindən artıq bahalı mənzildə yaşayır və ya olduqca mükəmməl maşınları sürürlər. Amma əslində götürülmüş ipoteka (və ya kredit) onları çox asanlıqla müflis edə bilər.  Mənə elə gəlir ki, bu insanlar sadəcə öz eqolarını təmin etmək məqsədi ilə imkanlarının yol verdiyindən daha bahalı əşyalar alır, onlara prestij-nüfuz gətirən əşyalardan uzaqlaşmaqdan qorxurlar.

Onlar bu məsələ ilə bağlı –cəmiyyətin fikrini həddindən çox önəmsəyirlər, bəs dostlar, qohumlar və ya iş yoldaşlarımız haqqımızda nə düşünəcək, nə deyəcəklər. Siz hamının sizin maliyyə uğurları və ya  müvəffəqiyyətsizliklərin haqqında şayiələr gəzdirəcəyindən ehtiyat edirsiniz? Buna məhəl qoymayın, nə düzgündürsə onu edin!

Öz cibinizə uyğun olan maşın və ya mənzil almaqla, siz şəxsi sərvət yaratma ideyasına daha yaxşı olacaqsınız, onun reallaşdırmaq imkanlarınız artacaq

Bəs siz bu məsələ ilə bağlı nə düşünürsünüz?

Bu məsləhətlərdən hansı öz maliyyə həyatınızda asanlıqla tətbiq edə bilərsiniz? Bəs onlardan hansı sizə daha çətin görünür?

Və unutmayın ki, hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz (Monten). Qarşınıza mütləq hədəf qoyun və ona doğru irəliləyin.

Son xəbərlər
Digər xəbərlər