12 C
Baku
Saturday, November 23, 2024

Əməkhaqqı kartları ilə ölkədaxili istənilən bankomatdan nağdlaşdırma komissiyasız oldu

®Muğanbank əməkhaqqı kart sahiblərinə ölkənin bütün bankomatlarından heç bir xidmət haqqı olmadan 500 AZN-ə qədər vəsait çıxarmaq imkanı verən yeni “ALL ATM” layihəsinə start vermişdir.

Belə ki, adıçəkilən layihə Bankın əməkhaqqı kart sahiblərinin öz vəsaitlərini ölkədaxili istənilən bankın bankomatından komissiyasız və rahat əldə etməsini təmin etmək üçün nəzərdə tutulmuşdur.

Qeyd etmək istərdik ki, nağdlaşdırılan vəsait aylıq 500 AZN limit məbləğini keçdikdə, komissiya yalnız 500 AZN-dən yuxarı olan məbləğə görə hesablanacaqdır. Məsələn, müştəri 600 AZN məxaric etdikdə, vəsaitin 100 AZN məbləği üçün komissiya mövcud tarifə uyğun olaraq tətbiq ediləcəkdir.

Həmçinin, Muğanbankın əməkhaqqı kartlarında qalıq vəsaitə görə illik 5% gəlir əldə etmək mümkündür.

Müştərilər “ALL ATM” layihəsi haqqında ətraflı məlumatı 933 Məlumat mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər