Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsinin 5 il ərzində 25 milyard dollara çıxacağı gözlənilir.
Bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyə – Birləşmiş Ərəb Əmirlikləri Azad Ticarət Sazişinin imzalanma mərasimi zamanı bildirib.
O qeyd edib ki, imzalanan Azad Ticarət Sazişi iki ölkənin iş adamlarının qarşılıqlı fəaliyyətlərini asanlaşdıracaq.