6 C
Baku
Monday, December 16, 2024

Çin ən pis ssenariyə hazırlaşmağın vacibliyini izah edir

Çin milli təhlükəsizlik siyasətini mümkün olan ən pis ssenariyə hazır olacaq şəkildə aparmalıdır.

Bu barədə ölkə hakimiyyətinin dərc etdiyi 2023-cü il üçün sosial-iqtisadi inkişaf planında deyilir.

Sənəddə qeyd olunur ki, Pekindən “milli təhlükəsizliyin təmin edilməsi üçün təməlin möhkəmləndirilməsi və cəmiyyətdə sabitlik, yeni təhlükəsizlik arxitekturasının köməyi ilə yeni inkişaf arxitekturasını təmin etmək” tələb olunur.

Təqdim olunan plandan belə çıxır ki, ÇXR istənilən, hətta ən pis ssenariyə hazır olmalıdır. Bundan əlavə, ölkə üçün səthi və dərin problemlərin həlli ilə məşğul olmaq vacibdir.

Qeyd edək ki, əvvəlcədən də martın 5-də Çinin 2023-cü ildə müdafiə büdcəsini 7,2% artıracağı bildirilmişdi. Millət vəkili Vang Chao deyir ki, Çin təhlükəsizlik problemlərinə görə müdafiə büdcəsini artırır.

Son xəbərlər
Digər xəbərlər