Türkiyədə illik inflyasiya dörd aydır azalmaqda davam edir.
Fevralda inflyasiya 55.18% təşkil edib.
İstehlak qiymətləri indeksi aylıq 3.15%, istehsal qiymətləri isə76.61% artıb. Qeyd edilib ki, istehsal qiymətlərində artım son 15 ayda ən aşağı səviyyəyə düşüb.
Türkiyə Mərkəzi Bankı da inflyasiyanın azalmasını nəzərə alaraq fevralın 23-də uçot dərəcəsini 8.5 faizə endirib.
Xatırladaq ki, Türkiyədə inflyasiya ötən ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə – 85.5 faizə çatmışdı.