9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan banklarından 8 Mart təklifləri – Hədiyyələr, Endirimlər, Güzəştlər

8 Mart “Beynəlxalq Qadınlar Günü” münasibətilə bir çox şirkətlər müxtəlif kampaniyalar təşkil etməyə başlayıblar. Banklarımız hər il olduğu kimi bu ildə ənənəyə sadiq qalaraq xanım müştərilərini sevindirir və onlara ikiqat bayram sevinci yaşadır.

Banker.az olaraq, bankların xanımlara özəl hazırladıqları kampaniyaları sizlərə təqdim edirik.

BANK OF BAKU

*Yalnız 2 gün – 6-7 mart tarixlərində, Bank of Baku-dan kredit üçün müraciət edən xanımlar, 30.000 AZN-dək nağd pul kreditini min.12,5% ilə və KOMİSSİYASIZ əldə edəcək.

*8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə Bolkart kart sahibləri üçün də kampaniyaya start verir. Sadəcə 7-8 mart tarixlərində Bolkart debet və ya Bolkart kredit kartı ilə alış-veriş edənlər, 5% keşbek qazanacaqlar. Yəni, istər geyim, istər elektronika mağazaları məkan fərqi olmadan müştərilərin etdiyi bütün alış-verişlər onlara 5% KEŞBEK qazandıracaq.

Qeyd edək ki, nağd əməliyyatlarda, kredit, nəqliyyat, rabitə, dövlət və kommunal, istiqraz, cərimə, məhkəmə, mərc oyunları, kuryer xidmətlər şamil olunmur.

Kampaniya müddətində (ay ərzində 200 azn dövriyyə keçdiyi halda) YDM və marketlərdə Bolkart debet kartı ilə 3% KEŞBEK, Bolkart kredit kartı ilə isə 1,5% keşbek əldə edəcəksiniz.

332176343 928162158508064 2993148284637279646 n


XALQ BANK

6 mart – 10 aprel tarixlərdə XalqKart Petrol kartları bütün kafe-restoran, geyim, parfümeriya, gül dükanlarında aparılan nağdsız ödənişlərdən 8% petrol, XalqKart Cashback kartları isə 8% kəşbək qazandıracaq! Qeyd edək ki, XalqKart məhsulu üzrə aylıq maksimum 300 AZN/Oil qazanmaq mümkündür.

Xatırladaq ki, XalqKart Petrol gündəlik alış-verişdən pulsuz yanacaq qazandıran ödəniş kartıdır. Bu kartla siz həm ölkə daxilində, həm də xaricdə apardığınız nağdsız ödənişlərdən Oil bonusları qazana və toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişdirə bilərsiniz. XalqKart Cashback kartı isə sərfəli kəşbək qazancı təklif edən ödəniş kartıdır. Hər iki kartda AZN qalığına illik 8% əlavə gəlir, ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək pulsuz Card to Card, komissiyasız həm nağdlaşdırma, həm də balansın artırılması imkanları mövcuddur.


KAPİTAL BANK

Kapital Bank 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq xanım sahibkarlar üçün güzəştli kredit kampaniyası keçirir. Kampaniya çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımlar mart ayı ərzində mikro-biznes kreditlərini 8% endirimlə əldə edəcəklər.

Təqdim olunan mikro kreditin maksimal məbləği 100 000 manat, müddəti isə 36 ayadəkdir. Xanım sahibkarlar Kapital Bank filiallarına, 196 Sorğu Mərkəzinə və https://kapitalbank.az saytına keçid edərək mikro kredit əldə etmək üçün müraciət edə bilərlər. Həmçinin, 30 000 manat məbləğə qədər olan mikro kreditləri girovsuz və zaminsiz əldə etmək mümkündür.  Kampaniya 31 mart 2023-cü il tarixinədək edilən müraciətlər üçün keçərlidir.

8 mart 1200 1068x559 1


NAXÇIVANBANK

6-10 Mart tarixləri aralığında Naxçıvanbankdan kredit götürən xanım müştərilər üçün Bahar Fürsəti kampaniya faizlərinə əlavə 8% endirim tətbiq olunacaq. Beləliklə xanım müştərilər kreditlərini 10,95%-dən başlayan illik faiz dərəcəsi ilə, həmçinin Sığortasız və Komissiyasız əldə edə biləcəklər. Üstəlik 10 000 Azn-dək kredit götürən xanım müştərilərə GOLD debet kart, 10 000 Azn üzəri kredit götürənlərə isə PLATINIUM debet kart HƏDİYYƏ!

331722752 243800514646743 4541685532450350744 n


UNİBANK

Martın 9-dək “Unibank”da kredit rəsmiləşdirən bütün xanımlar, krediti illik faiz dərəcəsinə 8% endirimlə və 0%-lik komissiya ilə əldə edəcəklər. UCard multivalyutalı kartı hədiyyə edilir.

8 faiz endirim kredit

Son xəbərlər
Digər xəbərlər