19 C
Baku
Wednesday, October 2, 2024

SOCAR-ın İdarəsi gömrük borcunu “ödəmədiyi” üçün cərimələnir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsi barəsində gömrük borcunu “ödəmədiyi” üçün cərimə protokolu yazılıb.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Geofizika və Geologiya İdarəsi ilə bağlı Nərimanov Rayon Məhkəməsinə İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə protokol tərtib edib göndərib.

İXM-in 505-ci maddəsinə görə, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda – ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 faizindən 150 faizinədək məbləğdə cərimələnirlər. Lakin burada iki qeyd var ki,  bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. İkinci isə, bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.

Bu protokolun imzalanması şirkətin artıq cərimələnməsi deyil. Belə ki, Məhkəmə, iş materiallarını araşdırmaqla şirkətin cərimə edilib-edilməyəcəyinə qərar verir.

 

Son xəbərlər
Digər xəbərlər