Ermənistan ordusunun Baş Qərargahı və KTMT-nin birgə qərargah rəisinin keçmiş müavini Aykaz Baqmanyan barəsində cinayət işi açılıb.
Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
İstintaq Baqmanyanın 2014-2020-ci illərdə vergi bəyannaməsində gəlirlərinin həqiqi məbləği barədə məlumat göstərmədiyini və qanunsuz varlanmaqda şübhəli bilindiyini açıqlayıb.