20 C
Baku
Friday, May 3, 2024

İsveç XİN: NATO-ya daxil olduqdan sonra ölkədə nüvə silahı olmayacaq

NATO-ya daxil olduqdan sonra İsveçin ərazisində nüvə silahı olmayacaq.

Bu barədə ölkənin xarici işlər naziri Tobias Billström bildirib.

XİN rəhbəri, həmçinin sülh dövründə ölkəsinin ərazisində NATO-nun daimi hərbi bazalarının olmayacağını deyib.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edərək, Ukraynadakı hadisələrin onları bu addımı atmağa sövq etdiyini bildirib. Bu ölkələrin alyansa qoşulması barədə protokollar təkcə Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər