Avropada qazın qiyməti 1000 kubmetr üçün 450 dollardan aşağı düşüb. 2021-ci ilin iyulundan bəri ilk dəfə Hollandiyanın TTF habında aprel fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 443 dollara enib və ya 1 MVt/saata görə €40.6 təşkil edib.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Martın əvvəlində Avropa anbarlarında qaz ehtiyatlarının səviyyəsi 60%-dən aşağı olub. Aprel ayında Avropa İttifaqı (Aİ) qazın tədarükü üçün tender elan etmək niyyətindədir. İyun ayına qədər ABŞ, Afrika və Yaxın Şərqdən olan təchizatçılarla ilk müqavilələrin bağlanması planlaşdırılır.