“MES-T” MMC ayrılma şəklində yenidən təşkil olunur.
Banker.az xəbər verir ki, cəmiyyətin tərkibindən “MEST-2” MMC, “MEST-3” MMC, “MEST-4” MMC, “MEST-5” MMC, “MEST-6” MMC, “MEST-7” MMC, “MEST-8” MMC, “MEST-9” MMC, “MEST-10” MMC, “MEST-11” MMC ayrılaraq yeni yaranır.
“MES-T” MMC-nin bəzi hüquq və öhdəlikləri ayrılma nəticəsində yeni yaranan şirkətlərə ötürülür.
Qeyd edək ki, “MES-T” MMC bu ilin fevral ayında Naxçıvanda dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 4 540 000 manatdır və qanuni təmsilçisi Arif Yusifovdur.