ADY qatarların yolda olma vaxtlarının hərəkət sürətlərinə uyğunlaşdırılması, sərnişinlərin qrafik üzrə vaxtında mənzil başına çatdırılması və sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 11 mart tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən elektrik qatarların hərəkət cədvəlində dəyişikliklər edir.
Banker.az xəbər verir ki, sözügedən tarixdən etibarən Bakı-Xırdalan-Bakı istiqamətində qısaldılmış marşrut üzrə əlavə ikinci qatar reysə buraxılacaq.