14 C
Baku
Saturday, November 23, 2024

FHN Bakıda növbəti qanunsuz tikintilərin qarşısını aldı – Fotolar

Paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində və Nizami rayonu, C.Naxçıvanski küçəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.

Banker.az bu barədə FHN-ə istinadən xəbər verir.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz inşaat işlərinin qarşısı alınaraq tikintilərin sökülməsi təmin edilib.

Bundan əlavə, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və T.Şıxəliyev küçələrinin kəsişməsində yerləşən istismarda olan çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsində mərtəbələrarası örtüyün sökülməsi faktı aşkar edilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz söküntü işlərinin qarşısı alınıb və mərtəbələrarası örtük əvvəlki vəziyyətinə bərpa olunub.

10d1041 1

10d1041 2

10d1041 3

10d1041 4

10d1041 5

10d1041 6

10d1041 7

10d1041 8

Son xəbərlər
Digər xəbərlər