10 C
Baku
Wednesday, December 11, 2024

Avropa İttifaqı Rusiya vətəndaşlarının 21 mlrd. avroluq aktivlərini dondurub

Bu il martın əvvəlinədək Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarının sanksiyalar tətbiq olunan təxminən 21 milyard avro məbləğində aktivlərini dondurub.

2022-ci ilin oktyabr ayınadək 17.4 milyard avro dəyərində aktivlərin dondurulduğu bildirilirdi. Rəsmi məlumatlara görə, Ukraynada münaqişə başlamazdan əvvəl Rusiyanın Aİ-yə yatırdığı investisiyaların ümumi həcmi 136 milyard avro həcmində qiymətləndirilirdi.

Qeyd edək ki, Aİ Rusiyaya qarşı 10 sanksiya paketi tətbiq edib. Rusiya hakimiyyətinin təxminən 1 500 nümayəndəsinə qarşı hazırda məhdudlaşdırıcı tədbirlər tətbiq olunur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər