8 C
Baku
Thursday, November 28, 2024

Təlim kursu üçün ödənilmiş ƏDV-nin bir hissəsi geri qaytarılırmı?

Mən Bakıda fəaliyyət göstərən təlim kurslarından birinə təlim haqqını nağdsız qaydada ödəmişəm. Ödənişlə əlaqədar mənə verilən invoysda əlavə dəyər vergisi (ƏDV) tutulduğu göstərilir. Mən ƏDV-nin bir hissəsini necə geri ala bilərəm?

Banker.az Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, sorğuda qeyd olunan təlim xidmətlərinə görə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətləri ilə bağlı ödənilmiş ƏDV-nin müəyyən edilmiş hissəsinin geri qaytarılması həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

Son xəbərlər
Digər xəbərlər